Mabel Matiz 1 dollara görə polisə çağırıldı

mabel-matiz-1-dollara-gore-polise-cagirildi
Oxunma sayı: 2905

Türkiyəli müğənni Mabel Matizin “Ya bu işler ne” adlı klipində “1 dollar”dan istifadə edərək FETÖ-ya dəstək verdiyi iddia olunub. 

“Qafqazinfo” xəbər verir ki, bir neçə vətəndaş sənətçi barədə polisə şikayətçi olub. İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı araşdırma aparıb.  Mabel araşdırma çərçivəsində Çağlayan Ədliyəsinə gedərək ifadə verib. 

Müğənni klipin prodüser tərəfindən hazırlandığını, FETÖ-ya dəstək vermədiyini qeyd edib. 

Xatırladaq ki, Baş Prokurorluq çeviriliş dövründə FETÖ-ya qarşı əməliyyat aparmış, həbs olunan şəxslərin evlərində axtarış zamanı xeyli sayda bir dollar tapılmışdı. Terrorçuların simvolunun 1 dollar olduğu deyilmişdi.