Macarıstan nümayəndə heyəti ADU-da olub

macaristan-numayende-heyeti-adu-da-olub
Oxunma sayı: 642

ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Macarıstanla Azərbaycan arasındakı əlaqələrin vacibliyindən söz açan rektor Səməd Seyidov ADU haqqında onlara məlumat verib. Rektor iqtisadi əlaqələrin, dostluq qrupu çərçivəsində Macarıstan və Azərbaycan arasında əlaqələrin inkişafının vacibliyini sözlərinə əlavə edib. O, universitetdə Macarıstan mərkəzinin açılmasında maraqlı oluğunu qeyd edib.
Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının həmsədri, Macarıstanın xarici və xarici iqtisadi əlaqələr üzrə Dövlət Katibi Peter Siyarton ADU-da olmaqdan məmnun olduğunu dilə gətirib. O, Macarıstanla Azərbaycan arasındakı əlaqələrin inkişaf etdiyini, xüsusən iqtisadi-siyasi münasibətlərin Azərbaycan-Macarıstan münasibətlərinə təkan verdiyini deyib.
Peter Siyarton Macarıstan universitetləri ilə əlaqələrə toxunub və ADU ilə müəllim-tələbə mübadiləsinin mümkünlüyündən danışıb.
Görüşdə, həmçinin ADU-da Macar mərkəzinin açılması, bu ali təhsil ocağında macar dilinin tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nigar Məmmədli