Macarıstanda 48 illik temperatur rekordu qırıldı

macaristanda-48-illik-temperatur-rekordu-qirildi
Oxunma sayı: 3479

Son illərin ən isti payızının yaşandığı Macarıstanda 48 illik temperatur rekordu qırılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sarkad şəhərində 24,4 dərəcə isti qeydə alınıb.

Məlumata görə, sonuncu dəfə bu ölkədə 48 il öncə - 3 noyabr 1970-ci ildə 23,5 dərəcə isti müşahidə edilib.

İsti havanın növbəti günlərdə də davam edəcəyi gözlənilir.