Macarıstanda Sorosla bağlı araşdırma başladı

Macarıstanda Sorosla bağlı araşdırma başladı
Oxunma sayı: 623

Macarıstan baş naziri Yanoş Lazar macar əsilli iş adamı Corc Sorosa aid təşkilatların ölkənin suverenliyini təsir edib-etmədiyinin araşdırılacağını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Nazir keçirdiyi mətbuat konfransında söyləyib.

O, DİN və kəşfiyyat xidmətinin qaçqın böhranı dövründə Sorosun dəstəklədiyi müəssisə və təşkilatların, Macarıstanın suverenliyinə təsir edib-etmədiyini dair hesabat hazırlayacağını qeyd edib.

“Corc Soros şəxsi fikirlərini yaymaq üçün jurnalistləri və media orqanlarını satın alıb. Ehtiyac olanda Macarıstanı ittiham edən yazılar yazılıb. Sorosun öz maraqlarını qorumaq üçün Brüsseldə Macaristandan daha böyük nüfuzu var”,-deyə Lazar bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi