Macarıstandan qonaqlarımız olacaq

macaristandan-qonaqlarimiz-olacaq
Oxunma sayı: 653

SalamNews-un məlumatına görə, nümayəndə heyətinin tərkibinə Macarıstan parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədr müavini Marton Döndöşü, beynəlxalq hüquq üzrə görkəmli mütəxəssis, Macarıstan EA-nın həqiqi üzvü Hamza Qabor, Macarıstan İctimai Televiziyasının baş direktoru Balaş Medveçki, “Dunay” Televiziyasının baş direktoru Menyer Toboş, Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru, professor Andraş İnotai, Macarıstan Etnologiya və Humanitar Tədqiqatlar İnstitutunun direktoru, professor Balaş Baloq, Rektorlar Şurasının baş katibi, professor Zoltan Dubeçki və başqa tanınmış şəxslər daxildir.

Macar qonaqlar Beynəlxalq Forumun işində iştirak etməklə bərabər, azərbaycanlı həmkarları ilə görüşlər keçirməyi, gələcək əməkdaşlıq yollarını müzakirə etməyi və birgə layihələr üzərində işləməyi planlaşdırırlar. Onların Azərbaycana səfəri 5 gün davam edəcək.