“Macəraya Qaçış” turunu “Bakı Sığorta” sığortaladı - - Fotolar

maceraya-qacis-turunu-baki-sigorta-sigortaladi-
Oxunma sayı: 763



Qeyd edək ki, 47 Subaru sürücüsünün qatlıldığı bu tura “Bakı Sığorta” ASC-nin əməkdaşları da şirkətin brendləşdirilmiş Subaru avtomobilləri ilə dəstək oldular.
Həyat təsadüflərnən doludur və hadisələr gözlənilməzdir. Məhz bütün bunları nəzərə alaraq “Bakı Sığorta” ASC  bu kampaniya çərçivəsində iştirak edən Subaru avtomobillərini və o cümlədən, həmin nəqliyyat vasitələrinin sürücülərini də qarşıda yarana biləcək hər hansı bir hadisədən sığortaladı.

“Məcaraya Qaçış” adlı tura Subaru mərkəzindən start verildi və son dayanacaq Nabranın Tel kəndi idi. Qeyd edilən səyahət turunda Bakıdan Nabrana yol qət edən “Subaru”çular,  müxtəlif oyunların,  müsabiqələrin iştirakçısı oldular və əyləncəli bir gün yaşadılar. Təbii ki, iştirakçılar bu tura dəstək olan “Bakı Sığorta” ASC - dən də müxtəlif hədiyyələr qazandılar. Hədiyyələr, 2 nəfərlik “Səyahət Sığortası” paketləri və xüsusi hədiyyə TAM bir illik avtomobilin pulsuz KASKO sığortası idi. 

Nəzərdə tutulan hədiyyələri qazanmaq üçün iştirakçılar  sadəcə sığortaya aid müxtəlif məntiqli və maraqlı suallara cavab verməli idilər. 
Ümumi iştirakçılardan yalnız dördü “Səyahət Sığortası” və biri KASKO sığortası qazanadı.

Yuxarıda qeyd edildiyi kimi həyat təsədüflərnən doludur və nə yaxşı ki, vaxtında “Bakı Sığorta” ASC xüsusi olaraq bu kampaniya çərçivəsində iştirak edən Subaru avtomobillərini və o cümlədən, həmin nəqliyyat vasitələrinin sürücülərini də qarşıda yarana biləcək hər hansı bir hadisədən  artıq sığortalamışdı. 

Bu tur zamanı iki yol nəqliyyat hadisəsi qeydə alındı. Hadisələrdən biri “Subaru Legacy”-nin ön “parpresində” (tərc. “parabrezza” italian dilində “ön/qabaq şüşə” deməkdir) çınqıl daşların ucbatından yaranan çat, digərində isə “Subaru İmpreza” avtomobilinin yolda heyvanla toqquşması idi. 

“Bakı Sığorta” ASC-nin Qəza komisarının da bu turda iştirak etdiyinə görə yaranmış hadisələrə qarşı vaxtında operativ və yerində lazımi tədbirlər görüldü.

Bununla da daim inkişaf edən “Bakı Sığorta” ASC müştərilərininə hər addımda qayğı göstərirdiyini bir daha sübut etdi.