“Made in Azerbaijan” brendinin xaricdə tanıtımı üçün müzakirələr aparılıb

made-in-azerbaijan-brendinin-xaricde-tanitimi-ucun-muzakireler-aparilib
Oxunma sayı: 1564

Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması məqsədilə ticarət evlərinin açılması əhəmiyyətli tədbirlərdəndi.

“Qafqazinfo” xəbər verir ki,  İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avqustun 15-də Bakı Biznes Mərkəzində keçirilən İxracatçılar Klubunun növbəti iclası da məhz Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin yaradılmasına və fəaliyyətinə həsr olunub. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən istehsalçı şirkətlərin 150-ə yaxın nümayəndəsi iştirak edib.

Nazir müavini Rüfət Məmmədov iş adamlarını Azərbaycanın xarici ölkələrdəki ticarət evlərində yaradılmış imkanlardan faydalanmağa və səmərəli əməkdaşlığa dəvət edib, bunun müvafiq ölkələrə ixracın artırılmasında əhəmiyyətini vurğulayıb.

İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.