Madonna 110 minə aşbaz axtarır

madonna-110-mine-asbaz-axtarir
Oxunma sayı: 2330

Amerikalı pop ulduz Madonna aşbaz axtarışındadır. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı müğənni bunun üçün internet portallarında elan yerləşdirib. 

Qeyd olunub ki, aşbaz yəhudi yeməklərini bişirməyi bacarmalıdır.  Bundan əlavə, işə qbul olunacaq şəxsə ayda 110 min funtsterlinq ödəniləcək.

Həmçinin, aşbaz Madonnaayla London, Lissabon və Nyu-Yorkdakı evlərinə birgə gedəcək, sənətçinin həmişə yanında olacaq.