Madonna hava limanına niqabda gəldi - Fotolar

madonna-hava-limanina-niqabda-geldi
Oxunma sayı: 2223

Dünyaca məşhur müğənni Madonna hər il ənənəvi olaraq qatıldığı “Met Gala” gecəsində iştirak etməyib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pop ulduz dəbdəbəli gecənin keçirildiyi vaxtda Nyu-Yorkdakı “John F. Kennedy” Hava Limanında görüntülənib. 

60 yaşlı sənətçinin aeroporta niqabda gəlməsi böyük marağa səbəb olub. O, “New-York Yankees” tərzli üst geyimi və  “Louis Vuitton” ayaqqabıları ilə obrazını tamamlayıb. 

Madonna nəzarət məntəqəsindən keçərkən niqabını çıxarıb.