Madonna təzminat alacaq

madonna-tezminat-alacaq
Oxunma sayı: 664

“Mailonline” xəbər saytı pop ulduzu Madonna haqqında yalan məlumat yaydığı üçün təzminat ödəməli olacaq.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qərar Londonda baş tutan məhkəmə prosesində açıqlanıb.

Lakin, təzminatın məbləği barədə məlumat verilməyib.

Madonnanın vəkili Cenni Afiya  müğənninin övladlığa götürdüyü əkizləri Stella və Estera haqqında saytda çıxan məqalənin Madonnaya çox təsir ettdiyini deyib.

Afiya müğənninin təzminatı Malavidəki uşaq xəstəxanasına bağışlayacağını bildirib.

Qeyd edək ki, “Mailonline”da yanvar ayında çıxan məqalədə 4 yaşlı əkizlərin Afrika ölkəsi olan Malavidəki bir yetimxanada qaldıqları barədə məlumat verilmişdi. Qızların şəxsi həyatlarına aid başqa məlumatlar da məqalədə yer almışdı.