Madonnanın fanatları baş nazirə müraciət etdilər

madonnanin-fanatlari-bas-nazire-muraciet-etdiler
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, israilli fanatlar Facebookda yaratdıqları qrupda fanatlar müharibə başlayacağı təqdirdə Madonnanın mayın 29-na planlaşdırılan konsertini ləğv edəcəyindən narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, son vaxtlar mətbuatda İsrailin yaz aylarında İranın nüvə obyektlərini bombalayacağı ilə bağlı informasiyalar yer alıb.

Son bir neçə ildir ki, məşhur müğənnilər regionda baş verən hərbi konfliktlərlə əlaqədar olaraq çıxışlarını ləğv ediblər. Onların arasında 2006-cı ildə İsrail qoşunlarının Livana daxil olması ilə bağlı konserti ləğv edilən Depeche Mode qrupu, həmçinin Red Hot Chili Peppers qrupunun da adı var.

Səidə