Madonnaya bənzəmək üçün 200 minindən keçdi - Foto

madonnaya-benzemek-ucun-200-mininden-kecdi
Oxunma sayı: 2526

Adam Querra adlı Los-Anceles sakini plastik əməliyyatlarla dünya ulduzu Madonnaya “çevrilib”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 15 yaşından Madonnaya vurulan Adam 4 il sonra onun kimi olmaq qərarına gəlir. Klublarda müğənnini təqlid edən Querra xarici görnüşünü də ona oxşatmaq istəyir. Bu səbəbdən o, son 14 ildə 18 plastik əməliyyat keçirir. Querra bu əməliyyatlara 200 min dollar xərcləyib.

Hazırda Querranın 33 yaşı var və o, Venus De-Layt ləqəbi ilə səhnəyə çıxır. Adam Madonnasayağı performansına görə ildə minlərlə dollar pul qazanır.