Madriddə kütləvi dava olub - Xəsarət alanlar var

madridde-kutlevi-dava-olub
Oxunma sayı: 874

İspaniyanın paytaxtı Madriddə kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Pais” qəzeti məlumat yayıb.

Məlumata əsasən, 35 yaşlı seneqallı küçə satıcısı Mame Mbaqe polislərdən qaçarkən ürək tutmasından ölüb. Onun 14 il əvvəl İspaniyaya gəldiyi deyilir.

Ötən gün isə Mame Mbaqenin yaşadığı Madridin Lavapes rayonunda 200 yaxın insan toplaşıb. Onlar "sosial dövlət, polis dövləti yox", "Polis qatillər", "Polislər Madriddən çıxın" deyə şuarlar səsləndiriblər.

Etirazçılar avtobus dayanacaqlarını və bankomatları dağıdıb, zibil qablarını və polis maşınlarını yandırıblar. Polis rezin güllədən istifadə edib.

Aksiya zamanı 10 polisin və 4 vətəndaşın xəsarət aldığı bildirilir.