Maduro Azərbaycana gələcək

Maduro Azərbaycana gələcək
Oxunma sayı: 3409

Venesuela prezidenti Nikolas Maduro bu ilin oktyabr ayında Azərbaycana səfər edəcək.

"Qafqazinfo" "İnterfax"a istinadən xəbər verir ki, bunu Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran deyib.

“Prezident Maduro bu ilin oktyabrında Azərbaycana səfər edəcək", - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan Venesueladan Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək. Bununla əlaqədar oktyabrın 21-26-da Bakıda təşkilata üzv dövlətlərin başçılarının zirvə toplantısı keçiriləcək.

“Zirvə toplantısından əvvəl, bu ilin iyul ayında Venesuelada Qoşulmama Hərəkatının iştirakçı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da dəvət olunub”, – deyə səfir əlavə edib.

Onun sözlərinə görə, tədbir Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub.*


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi