Maduro yenidən prezident seçildi

maduro-yeniden-prezident-secildi
Oxunma sayı: 1467

Venesuelada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 milyon nəfər) etimadını qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla da o bu seçkilərdə də qələbə qazanıb. Venesuela Milli Seçki Şurasının sədri bildirib ki, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718, Enri Falkon (müxalifətdən namizəd) 1 820 552, Havyer Bertuçi isə 925 000 səs toplayıb.