Madurodan Trampa dialoq təklifi - “Qulluğunda hazıram”

madurodan-trampa-dialoq-teklifi
Oxunma sayı: 1749

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampa dialoq təklif edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Maduro barışıq addımı atmasını belə əsaslandırıb:

“Əgər Tramp Venesuelaya qarşı Barak Obama dövründən qalmış siyasətini dəyişmək istəsə, mən bütün mövzularda, lazım olan məsələlərdə dialoq aparmaq üçün onun qulluğunda hazıram”. 

Qeyd edək ki, bundan əvvəl N.Maduro ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu Venesuelada çevrilişə cəhddə və onu öldürməkdə ittiham etmişdi.