Maduronu öldürmək istəyənlərin kimliyi müəyyən edilib

maduronu-oldurmek-isteyenlerin-kimliyi-mueyyen-edilib
Oxunma sayı: 1995

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd iştirakçıları və icraçıları müəyyən edilib.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Tarek Uilyam Saab bildirib: “Avqustun 4-də baş verənlər dövlət başçısının öldürülməsi cəhdi və vətənə xəyanət idi. Məsələni artıq 4 prokuror araşdırır”. 

Qeyd edək ki, daha əvvəl Maduroya sui-qəsddə şübhəli bilinən 6 nəfərin saxlanıldığı deyilirdi.