Maduronun Rusiyaya səfər tarixi məlum oldu

Maduronun Rusiyaya səfər tarixi məlum oldu
Oxunma sayı: 564

Venesuela prezidenti Nikolas Maduro oktyabrın 4-də Moskvada keçiriləcək “Rusiya energetika həftəsi-2017” beynəlxalq forumunda iştirak edəcək.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin müavini Anton İnyuçın bildirib.

Onun sözlərinə görə, N. Maduro forumda “Neft və geosiyasət: səbəblər və nəticələr” adlı panel sessiyasında çıxış edəcək.

A. İnyuçın qeyd edib ki, sessiyanı ABŞ-dan olan jurnalist Rayan Çilkot aparacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi