Maduroya sui-qəsddə ittiham olunan Çili nota verdi

maduroya-sui-qesdde-ittiham-olunan-cili-nota-verdi
Oxunma sayı: 1122

Çili XİN-i Venesuelanın ölkəsindəki səfirinə etiraz notası təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, notaya səbəb Çili diplomatik nümayəndəliyinin əməkdaşlarının prezident Nikolas Maduroya sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunmalarıdır:

“Çili hökuməti Venesuela hökumətinin yalan ittihamlarını inkar edir”. 

Qeyd edək ki, daha əvvəl Venesuelanın kommunikasiya və informasiya naziri Xorxe Rodriqes Maduroya sui-qəsd cəhdində Kolumbiya, Meksika və Çili diplomatlarının iştirak edə biləcəyini bəyan etmişdi. Meksika və Kolumbiya da öz növbələrində ittihamları rədd ediblər.