Mafiya başçısını öldürüb maşınla üzərindən keçdilər

mafiya-bascisini-oldurub-masinla-uzerinden-kecdiler
Oxunma sayı: 2719

Nyu-Yorkda şəhərin ən böyük mafiya klanlarından biri olan Qambino ailəsinin başçısı, 53 yaşlı Fransisko Kali (Frenki Boy) güllələnib. “Qafqazinfo”nun “Röyters”ə istinadən xəbərinə görə, o, Steyten-Aylend rayonunda evinin qarşısında öldürülüb.

Mafiya rəhbərinə 7 dəfə atəş açan killer daha sonra pikap model avtomobillə onun üzərindən keçib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Kalinin qətlindən sonra hər hansı həbs hələ ki, baş tutmayıb.

Qeyd edək ki, Qambino ailəsi adlandırılan klan italyan və amerikalılardan ibarətdir.