Mafiya Moskvanı tərk edir

mafiya-moskvani-terk-edir
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, “Ded Həsən”in ölümündən sonra mafiya başçıları Moskvanı tərk etməyə başlayıb. Mafiya üzvlərinin bir neçəsi həb olunub. Həbs olunanlardan bəziləri Aslan Usoyanın yaxın dostları olub. Məlumata görə, “təmizləmə prosesi” Rusiya prezidenti Vladimir Putinin əmri ilə həyata keçirilir.

Qeyd edək ki, “Ded Həsən” ləqəbli “qanuni oğru” iki gün əvvəl Moskva şəhərinin mərkəzi hissələrindən birində “Köhnə fayton” restoranının yaxınlığında snayperdən başına açılan atəş nəticəsində dünyasını dəyişib.