Mağara adamı necə prezident oldu? - Fotolar

magara-adami-nece-prezident-oldu-fotolar
Oxunma sayı: 655

Çinin yeni prezidenti Si Tsinpin Kommunist partiyasının 18-ci qurultayında həmçinin Kommunist partiyasının Mərkəzi Hərbi Komissiyasının sədri təyin edilib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Si Tsinpin növbəti 10 ildə ölkəyə rəhbərlik edəcək. Qələbə çıxışı zamanı Tsinpin ölkəsində korrupsiya ilə bağlı problemlər olduğunu deyib və onları həll edəcəyinə söz verib.

59 yaşlı yeni prezidentlə bağlı bir sıra maraqlı məqamlar da var. Belə ki, Maonun “Mədəniyyət İnqilabı” dövründə atasının cəzalandırılmasından sonra Tsinpin uşaqlığının 7 ilini mağara evlərində keçirmək məcburiyyətində qalıb. Əksər insanlar onu mağara evində yaşayan “Kitab qurdu” kimi xatırlayır.

Tsinpinin xanımı, Çinin “First Lady”si Penq Liyuan həm də məşhur müğənnidir. O, daha çox vətənpərvər ruhlu mahnıların müəllifi kimi tanınır. Lyuanı Çinin “Karla Brunisi” kimi də qələmə verirlər.

Belə bir məlumat da var ki, yeni liderin qızı ABŞ-ın Harvard Universitetində öz adını gizlədərək başqa bir adla təhsil alır.

Qeyd edək ki, Si Tsinpin prezident kimi Hu Tsintaonu əvəz edib. Tsintaonun hakimiyyətdə olduğu 10 il ərzində qlobal maliyyə böhranına baxmayaraq, ölkə iqtisadiyyatında qeyri-adi inkişaf müşahidə edilib.