“Mağazada çörək satdığımı gizlətməmişəm” - Sevdadan onu tənqid edənlərə cavab

magazada-corek-satdigimi-gizletmemisem
Oxunma sayı: 7197

Bu gün 32 yaşlı müğənni Sevda Yahyayevanın illər öncə lentə alınan görüntüləri ortaya çıxıb. Videoda Sevdanın toyların birində səhnəyə çıxaraq xalq artisti Nazpəri Dostəliyevanın “Nə olar Allahım, ayırma bizi” mahnısını ifa etdiyi görünür. Lakin sosial şəbəkələrdə sənətçinin ifasından çox onun görünüşü müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, S. Yahyayeva İnstaqram hesabında onu tənqid edənlərə cavab verib.

Sənətçi səhnəyə gəldiyi ilk gündən bəri kasıb ailədən olduğunu, atasız böyüdüyünü, mağazada çörək satdığını heç kəsdən gizlətmədiyini bildirib:

“Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.

İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”.