Mağazadan oğurluq edən şəxs tutuldu-Kriminal xəbərlər

magazadan-ogurluq-eden-sexs-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 685

Aprelin 20-də Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yaşayan Tofiq İbrahimov şəxsi münasibətlər zəminində Ceyhun Şərifova bıçaq xəsarəti yetirdiyinə görə Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Aprelin 17-də L. Məmmədbəyov küçəsində naməlum şəxs mübahisə zəminində qəsəbə sakini Emin Əliyevə bıçaq xəsarətləri yetirib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vahid Əliyev aprelin 20-də tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zülfüqar Əliyev aprelin 20-də tutulub. Məlum olmub ki, o, martın 8-nə keçən gecə Bakı şəhər sakini Kazım Şəmiyevə məxsus, Zərdabi küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə geyim əşyaları, ətir, aprelin 7-də Bakı şəhər sakini Lazım Qafarova məxsus, T.Nərimanov küçəsində yerləşən mağazdan damdan keçmə yolu ilə ərzaq malları, danışıq kartları, Yeni Suraxanı qəsəbəsi Ə.Məmmədov küçəsində yaşayan Barat Səfərovun evindən qapının şüşəsini sındırma yolu ilə 500 manat və aprelin 13-nə keçən gecə isə Suraxanı qəsəbəsi N.Hüseynov küçəsində yaşayan Sücayət Alıyevaya məxsus ünvanda yerləşən mağazadan dam örtüyünü sındırma yolu ilə ərzaq və tütün məmulatları oğurlayıb.

Xətai RPİ QvŞVŞ əməkdaşları İran vətəndaşı Nasiri Reza Safarali qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339.1-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.