Mağazanı soymaq istədi, gülüş hədəfi oldu - Video+Fotolar

magazani-soymaq-istedi-gulus-hedefi-oldu
Oxunma sayı: 2709

ABŞ-ın Kolorado əyalətinin Aurora şəhərində gülməli soyğunçuluq hadisəsi yaşanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, mağazalardan birinə talamaq məqsədilə girən oğru belindən silahı çıxararkən onu əlində saxlaya bilməyib.

Silah kassir qızın yanına düşərkən oğru özünü itirib. Qız dərhal silahı götürdüyündən soyğunçu qorxaraq hadisə yerindən qaçıb.