Mağazaya girib telefon oğurladı

magazaya-girib-telefon-ogurladi
Oxunma sayı: 1269

Noyabrın 10-da gecə saat 1 radələrində Masallı rayonu, Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Sadıqov saxlanılıb. 

O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu daxil olduğunu, oradan isə 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib. Oğurladığı 1 ədəd “Nokia N 78” və 1 ədəd “Samsung C 100” markalı mobil telefonlar ondan maddi sübut kimi götürülüb. 

Lakin istintaq zamanı C.Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, keçən il avqust ayının 26-da axşam saatlarında Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə də qanunsuz yolla daxil olaraq oradan 200 manat oğurlayıb. 

Murad Əhməd