Magistra qəbul olmuş oğlanların taleyinə yenidən baxılacaq

magistra-qebul-olmus-oglanlarin-taleyine-yeniden-baxilacaq
Oxunma sayı: 644

Onun sözlərinə görə, ancaq bu məsələ ilə bağlı hansı qərarın veriləcəyini onlar deyə bilməzlər.

"Təbii ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Biz hər il növbəti çağırışa qədər, yəni iyulun 1-ə qədər magistraturaya qəbul imtahanların yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edib magistraturaya qəbul olunduqdan sonra hərbi xidmətə getsinlər", - Əliyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı TQDK tərəfindən müvafiq orqanlara hər hansı təklif verilməyib.

Əliyevin sözlərinə görə, elmi yaradıcılıqlarını davam etdirmək istəyən bakalavrlar magistraturada təhsil almağı üstün tuturlar. O, magistraturada daha cox qızların təhsil almasını da oğlanların hərbi xidmətə çağırılması ilə əlaqələndirib.

"Görünür ki, oğlanların ali təhsil almalarında hərbi xidmətlə əlaqədar fasilənin yaranması onların yenidən elm sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il hərbi xidmətdə olması onların magistraturada təhsllərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir",-TQDK rəsmisi deyib.