Magistral yollara qum səpilib

magistral-yollara-qum-sepilib
Oxunma sayı: 1116

Qarlı hava şəraiti olmasına baxmayaraq ölkənin avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti tam təmin olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda bir çox magistral yollar qardan təmizlənib və qum-duz səpilib. 

Hazırda qar yağmasına baxmayaraq Qobustan - Şamaxı - Muğanlı yollarında şaxta yoxdur, yol qardan təmizlənib və hazırda da bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.