Magistraturanın ilkin nəticələri açıqlandı

magistraturanin-ilkin-neticeleri-aciqlandi
Oxunma sayı: 642

“Qafqazinfo”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, qəbul imtahanlarının nəticələri TQDK-nın internet saytında yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Xatırladaq ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib. İmtahanda iştirak etmək üçün 18019 bakalavr ərizə verib. Onlardan 13 nəfəri qəbul qaydalarını pozduğuna görə imtahandan xaric olunub. 460 bakalavr isə imtahana gəlməyib.