Magistraturaya ərizə verənlərin nəzərinə

magistraturaya-erize-verenlerin-nezerine
Oxunma sayı: 1134


"Qafqazinfo" həmin məlumatı təqdim edir:

"Hörmətli bakalavrlar! Qeyd olunduğu kimi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi 2014-cü il martın 2-də keçiriləcək. Magistraturaya qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Mingəçevir şəhərlərində olacaq. 

Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 2-dək TQDK-nın i internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. İmtahanın keçiriləcəyi yer və tarix , eləcə də digər zəruri məlumatlar “Bakalavrın imtahana buraxılış vərəqi”ndə qeyd olunacaq".