Magistraturaya qəbul qaydalarında dəyişikliklər olundu

magistraturaya-qebul-qaydalarinda-deyisiklikler-olundu
Oxunma sayı: 671

- Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları
- Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı, izahlı test tapşırığı nümunələri və açıq test tapşırığı nümunələri
- Xarici dillər (ingilis, fransız, alman, rus, ərəb, fars dilləri) üzrə qəbul imtahanı proqramları
- İnformatika üzrə qəbul imtahanı proqramı

Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılacaq və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə “Magistr” xüsusi buraxılışının3-cü sayında qəbul proqramları dərc olunarkən məlumat veriləcəkdir). Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Azərbaycan filologiyası və ya Tarix sahəsi üzrə Azərbaycan bölməsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər.

Filologiya, dilşünaslıq və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.

Ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə test bloku üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi-riyazi istiqamətli testlər. Bu bölmələrin hər birinə aid izahlı test tapşırığı nümunələri jurnalın 1-ci sayında təqdim olunub.

Əgər əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dil və informatika üzrə test bloklarına da hər iki tipli (çoxseçimli və açıq tipli) test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur.
Bu il ilk dəfə olaraq fevral ayında magistratura imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

Günel