Magistrlər üçün xüsusi buraxılış

magistrler-ucun-xususi-buraxilis
Oxunma sayı: 653

“Qafqzinfo” komitənin saytına istinadən xəbər verir ki, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları və ya 22 nömrəli proqrama aid olan Turizm işi ixtisaslaşmasını seçə bilərlər.

Təhsil, humanitar və sosial ixtisaslar qrupundan başqa qalan bütün ixtisasları bitirən bakalavrlar 19 nömrəli proqrama aid olan Tempus layihəsi üzrə ixtisaslaşmaları seçə bilərlər.

2013/2014-cü tədric ili üçün magistraturaya qəbulda:
-İqtisadiyyat və idarəetmə ixtisaslar qrupunu bitirən bakalavrların, Elektrik mühəndisliyi, Elektroenergetika mühəndisliyi ixtisaslarını bitirən bakalavrların, Enerji maşınqayırması mühəndisliyi, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi ixtisaslarını bitirən bakalavrların proqram daxilində ixtisaslaşma seçimi genişləndirilib
-Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi ixtisaslarını bitirən bakalavrların (4 proqram üzrə), Biologiya müəllimliyi, Biologiya ixtisaslarını bitirən bakalavrların (7 proqram üzrə), Tərcümə ixtisaslarını bitirən bakalavrların(4 proqram üzrə), Tarix müəllimliyi, Tarix ixtisaslarını bitirən bakalavrların (5 proqram üzrə) ixtisaslaşma və proqram seçimi genişləndirilib

QEYD: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq.
Xatırladırıq ki, 2013/2014-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2013-cü il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib.