Mahir Mədətov Rəşad Sadıqovun komandasında

mahir-medetov-resad-sadiqovun-komandasinda
Oxunma sayı: 1207

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

“Qafqazinfo” xəbər verir ki, hazırlıq prosesinə yanvarın 9-da start verən Rəşad Sadıqovun komandasına daha 4 futbolçu qoşulub.

Bunlar Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevdi. Qış hazırlıq prosesinə öz klublarının heyətində start verən oyunçular U-21-in düşərgəsində olacaq və yoxlama matçlarında iştirak edəcək.