Mahmud Abbas yenə xəstəxanaya yerləşdirildi

mahmud-abbas-yene-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1206

Fələstin rəhbəri Mahmud Abbas son bir həftədə üçüncü dəfə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Ramallahda ürək xəstəlikləri ilə bağlı bəzi testlər verib.

Onun nəticələrinin və səhhətinin normal olduğu bildirilib.

Qeyd edək ki, M.Abbas 14 mayda xəstəxanaya yerləşdirilərək qulağından kiçik əməliyyat olmuşdu. 9 mayda isə səhhətindəki başqa narahatlıqla əlaqədar reanimasiya şöbəsinə yerləşdirilmişdi.