Mahmud Həmzəyev həbs olundu

mahmud-hemzeyev-hebs-olundu
Oxunma sayı: 13469


Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev həbs olunub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbədən məlumat verilib. M.Həmzəyevlə birgə xidmət etmiş polkovnik Elmar Salayevin də həbs olunduğu bildirilib. Onların yeyintilərdə və mənimsəmələrdə ittiham olunduqları qeyd olunur.

Mənbə bildirdi ki, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılan bu iki şəxslə bağlı mayın 13-də Binəqədi rayon məhkəməsində hakim Abbaz Rzayevin sədrliyi ilə keçirilən iclasda Mahmud Həmzəyevin və Elmar Salayevin barəsində istintaq müddətinə qədər 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Hərbi mənbələrdən “Doktrina” JHAM-a verilən digər məlumata görə, Şəmkir Hərbi birləşməsinin keçmiş komandiri Çingiz Şəfiyevin yaxın günlərdə istintaqa çağırılacağı gözlənilir.

Hərbi Prokurorluq və Binəqədi rayon məhkəməsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.