Mahsun Qırmızıgülə 1,5 milyon dollar şoku

mahsun-qirmizigule-15-milyon-dollar-soku
Oxunma sayı: 696

Qırmızıgülün ortağı olduğu Prestij Müzik şirkətinə 1.5 milyon dollarlıq dava açan Vestelin iddiası məhkəmə tərəfindən qəbul olunub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, şirkətin vəkilləri 10 il öncə Prestij Müzik-lə şirkət ortaqları Mahsun Qırmızıgül, Hilmi Topal və Bürhan Aydəmirə ödədikləri 1.5 milyon dollar avansı faizi ilə birlikdə geri almaq üçün dava açıb. 5 aprel 2000-ci ildə iki şirkət arasında imzalanan müqaviləyə əsasən Vestelin məhsulları və kampaniyaları Prestij Müzik vasitəsilə tanıdılacaqdı. Üç illik müqavilə müddətində Prestij Müzik sənətçilərinin çıxaracaqları albomlarda Vestelin kuponları yer alacaqdı. Lakin müqavilədən sonra ortaqlar arasında yaranan anlaşılmazlıq nəticəsində Türkiyənin bir çox məşhur sənətçiləri şirkətdən ayrıldılar. Bu zaman isə Vestelin PR işi çətinə düşüb və müqavilə yerinə yetirilməmiş sayılıb.

Nigar Məmmədli