Mais Mənsimov ziyafət verdi

mais-mensimov-ziyafet-verdi
Oxunma sayı: 743

Şən mühitdə keçən ziyafət zamanı Mais Mənsimov komandaya gələn yeni futbolçularla tanış olaraq onlara uğurlar diləyib. Klub prezidenti yeni oyunçuların “Xəzər Lənkəran”ın qələbələrinə töhvə verəcəklərinə ümidvar olduğunu bildirərək, onlara tezliklə öz çıxışları ilə klubun tarixinə adlarını yazdırmağı arzulayıb: "Siz oynayın, qələbələri sıralayın, bizi sevindirin, mən də sizi sevindirərəm".

Öz növbəsində futbolçular da klub prezidentinə “Xəzər Lənkəran”ın uğur qazanması üçün əllərindən gələni edəcəklərini vəd ediblər. Təntənəli axşamın davamında fiziki hazırlıq üzrə məşqçi Erik Roketa royal arxasına keçərək bəzi klassik və müasir əsərlər ifa edib.