Makedoniyada etirazçılar parlamentə daxil olublar - Video

makedoniyada-etirazcilar-parlamente-daxil-olublar
Oxunma sayı: 673

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, etirazlara parlamentin spikeri vəzifəsinə alban Talat Haferin seçilməsi səbəb olub.

Bir qədər sonra DİN-in xüsusi təyinatlıları əməliyyat keçiriblər. Nəticədə mətbuat mərkəzində mühasirədə saxlanılmış deputatlar "Bütöv Makedoniya naminə" etirazçı qrupundan azad edilib.

Polisdən verilən mətbuata əsasən 30 deputat təxliyyə edilib. İnsident zamanı 10 təhlükəsizlik əməkdaşı yaralanıb.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.