Makkeynin dəfni zamanı Tramp qolf oynamağa getdi

makkeynin-defni-zamani-tramp-qolf-oynamaga-getdi
Oxunma sayı: 1876

ABŞ prezidenti Donald Tramp senator Con Makkeynin dəfn mərasimi zamanı qolf oynamağa gedib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda mərasim keçirilərkən Tramp Sterlinq Milli Qolf-klubuna yollanıb. Prezidentin bu davranışı kəskin tənqid olunub. 

Qeyd edək ki, Makkeyn ailəsinin istəyi ilə Tramp dəfn mərasiminə qatılmayıb. Senatorun dəfn gecəsində keçmiş prezidentlər Corc Buş və Brak Obama iştirak ediblər.