Makqreqor evsiz ailələri sevindirdi - Fotolar

makqreqor-evsiz-aileleri-sevindirdi
Oxunma sayı: 2139

Qarışıq döyüş növlərində çıxış edən irlandiyalı idmançı, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor təqdirəlayiq addım atıb.

“Qafqazinfo” xəbər verir ki, ulduz idmançı evsiz irland ailələrini sevindirib. Belə ki, K. Makqreqor onları pulsuz evlə təmin edəcək. 

“8 evin tikintisi başa çatmaq üzrədir. Bu evlər Dublindən gələn, şəxsi evi olmayan  və otellərdə yaşamağa məcbur qalan ailələr üçün nəzərdə tutulub”, - Makqreqor İnstaqram hesabında yazıb.