Makron Azərbaycana səfər edəcək

makron-azerbaycana-sefer-edecek
Oxunma sayı: 1859

“Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bizim sıx əlaqələrimiz  var”.

“Qafqazinfo”nun xəbərinə görə, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

Fransalı nazir deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir:

“Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi. Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir”.