Makron İrana səfər edəcək

makron-irana-sefer-edecek
Oxunma sayı: 1162

Fransa prezidenti Emmanuel Makron nüvə sazişinin müzakirə etmək üçün İrana səfər edəcək.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Fransa lideri bildirib ki, ABŞ-ın İranla münasibətlərə dair yeni strategiyası Avropa ölkələrinin nüvə razılaşmasını qorumaq niyyətinə təsir etməyəcək.

Bundan əlavə yaxın günlərdə Fransa XİN rəhbəri Jan-İv le Drianın iranlı həmkarı Cavad Zərifi ilə danışıqlar aparmaq üçün  Tehrana səfər edəcəyi vurğulanıb.