Makron Paşinyanı təbrik edib vəd verdi

makron-pasinyani-tebrik-edib-ved-verdi
Oxunma sayı: 2361

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Makronun təbrik teleqramında deyilir:

“Fransanın və şəxsən öz adımdan sizi partiyanızın dekabrın 9-da keçirilmiş seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həlli üçün səylərini davam etdirəcək”.