Makron Putindən gileyləndi - “Bizi parçalamaq istəyir”

makron-putinden-gileylendi
Oxunma sayı: 1452

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin Avropa Birliyini (AB) hissələrə ayırmaq istədiyini iddia edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, fransalı lider SVT televiziyasına müsahibəsində bunları deyib:

“Vladimir Putinə hörmət edirəm. Həm də Rusiya ilə yeni təhlükəsizlik və müdafiə sistemini qurmalı olduğumuzu söyləyən liderlərdən biriyəm. Ancaq Putinin xəyalı Avropa Birliyini parçalamaqdır”. 

Makronun sözlərinə Rusiya tərəfinin cavabı gecikməyib. Rusiyanın Beynəlxalq Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko açıqlamasında AB-nin varlığının ölkəsi üçün də mühüm əhəmiyyət daşıdığını deyib:

“Bu, hər şeydən əvvəl iqtisadi baxımdan lazımdır. AB dağılsa, Avropa iqtisadiyyatı ağır nəticələrlə üz-üzə qalar. Hər ölkə də iqtisadiyyatda yeni qaydalar qoya bilər. Bu isə Rusiya ilə ticarət əlaqələrinə mənfi təsir edər”.