Makron qaçqın böhranından danışdı

makron-qacqin-bohranindan-danisdi
Oxunma sayı: 1133

Fransa prezidenti Emanuel Makron miqrant böhranından danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa lideri BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşdən sonra bildirib.

Qaçqın probleminin həllində Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının əhəmiyyətli rol oynadığını söyləyən Makron, “Suriya, Livan, İordaniya və Türkiyədə yerləşən qaçqınlar məsələsi son dərəcə kritikdir”,-deyə açıqlayıb.

O, İraq və Suriyadakı qaçqın problemin həlli üçün Suriyada stabilliyin təmin edilməsinin vacibliyini də vurğulayıb. Makron bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinlə müzakirə etdiyini söyləyib.