Makron yanğın yerinə getdi

Makron yanğın yerinə getdi
Oxunma sayı: 2202

Fransanın paytaxtı Parisdə tarixi Notr-Dam kilsəsində çıxan yanğını hələ söndürmək mümkün olmayıb.

“Qafqazinfo” xəbər verir ki, prezident Emmanuel Makron hadisə yerinə gedərək müvafiq tapşırıqlar verib. Baş nazir Eduard Filipp də hadisə yerindədir.

Yanğının hələ də davam etməsi səbəbindən yaxınlıqdakı binalar boşaldılıb.

Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, kilsə yaxınlığındakı yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, 850 illik kilsəni hər il 13 milyon turist ziyarət edirdi. Kilsədə 1 ildən çoxdur təmir işlər aparılırdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi