Makron yeni hökuməti təsdiqlədi

makron-yeni-hokumeti-tesdiqledi
Oxunma sayı: 657

Fransada yeni hökuət formalaşdırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Emmanuel Makron baş nazir Eduard Filippin qurduğu yeni hökuməti təsdiqləyib.

Məlumatı Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb. Onun sözlərinə görə, yeni tərkibdə həm sağçı, həm də solçu nazirlər yer alıb.

Qeyd edək ki, 18 iyunda keçirilən seçkilərdən sonra hökumət formal olaraq istefaya getmişdi.