Makrondan Ərəbistana silah satmamaq tələb edildi

makrondan-erebistana-silah-satmamaq-teleb-edildi
Oxunma sayı: 1135

 

Fransada 16 qeyri-hökumət təşkilatı (QHT) prezident Emmanuel Makrona ortaq məktub göndəriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar Makrondan Səudiyyə Ərəbistanına silah satılmasını dayandırmasını tələb ediblər.

Məktubda qeyd edilib ki, səud rejimi Yəməndə qırğınlar törədir və bu səbəbdən onlara silah satışının edilməsi doğru deyil.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanına ən çox silah satan ölkələrdən biri Fransadır.

S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ildən bəri Yəməndə 10 minlərlə insanın ölümünə səbəb olublar.