Maksim Qalkin Bakıya gəlir

maksim-qalkin-bakiya-gelir
Oxunma sayı: 1741

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənnisi Maksim Qalkinin yaradıcılıq axşamı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, o, tamaşaçılar qarşısına "stand up" şousu ilə çıxacaq. İki saatadək davam edəcək proqramda parodiya, mahnı, yumor, məşhur televiziya şoularından ibarət konsert nömrələri yer alacaq.

Yaradıcılıq axşamına biletlərin qiyməti 40, 70, 100, 140, 180, 220 və 300 AZN-dir.