Mal-qara oğrusu tutuldu

mal-qara-ogrusu-tutuldu
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, oğurluq edən 20 yaşlı Quba şəhər sakini Hüseyn Hüseynov tutulub. Quba polis şöbəsinin müstəntiqi İbrahim Qədirov bildirib ki, Hüseynov Hüseyn Laçın oğlu 2012 ci il noyabrın 15 də Quba şəhər sakini Tahirov Əlistan Əleysər oğlunun 7 baş qoyununu, dekabrın 5-də isə 25 baş qoyunu oğurlayaraq Xaçmaz bazarında satıb.

İstintaq araşdırması zamanı Hüseyn Hüseynovun eyni maddə ilə əvvəllər də məhkum olunduğu üzə çıxıb.